Modern.az

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Aktual

8 İyun 2016, 09:54

Bu gün bəzi yerlərdə qaz verilişində məhdudiyyətlər olacaq. SOCAR-ın mətbuar xidmətindən Modern.az saytına verilən məlumata görə, məhdudiyyət Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində aparılacaq cari təmir işləri əlaqədardır.                                                             

Məlumatda bildirilib ki, iyunun 8-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Zabrat” və Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!