“2015-i ildə toksikologiya şöbəsinə 2462 xəstə hospitalizasiya olunub. 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olub”.
Modern.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr 1030 nəfər olub. Daxil olan xəstələrin əsas qrupu “Dərman zəhərlənməsi” diqanozu ilə olan xəstələr olub ki, onlar sayı 823 (33,4%) olub.
İkinci yerdə “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələri”dir. Bu diaqnozla daxil olan xəstələrin sayı isə 502 (20,4%) nəfərdir.
Üçüncü yerdə “Yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olan xəstələrdir ki, onların sayı 350 nəfərdir. (14,2%).
A.Maqsudov bildirib ki, daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). 15 yaşına daxil olmuş uşaqların sayı 419 nəfər (17%) olub.
Qafar Ağayev