İyunun 20-24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda yay sessiyası keçiriləcək.
Bu barədə məlumatı Modern.az saytına açıqlamasında AŞPA PA-nın Azərbaycan nümayəndəliyin üzvü deputat Vüsal Hüseynov verib.
Deputat bildirib ki, AŞPA PA-nın yay sessiyasının ilk plenar iclasında bu məsələlər yer alacaq:
- Yunanıstanın qaçqınlarla bağlı hesabatı
- Risk vəziyyətində olan qaçqınlar
- Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı hesabat
- İnzibati saxlanma yerləri ilə bağı hesabat
- Mədəniyyət və demokratiya mövzusunda hesabat
- Xaricdə yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəni əlaqələri haqqında hesabat
- Avropa institutlarında şəffaflıq hesabatı
- Avropa parlamenti üzvlərinin immuniteti ilə bağlı hesabatı
- Miqrantlara qarşı zorakılıq haqqında hesabat
Bu məsələlər yalnız AŞPA PA-nın yay sessiyasının ilk plenar iclasının gündəliyidir.
AŞPA-nın qaydalarına əsasən? ilk gündəlik ssesiyanın birinci günü üçün qəbul edilir. Amma sonrakı plenar iclaslar üçün gündəliyə başqa məsələ və hesabatlar da salına bilər.
Qeyd edək ki, sessiya zamanı həmçinin Estoniyanın və Yunanıstanın baş nazirlərinin çıxışı gözlənilir.
Ağa AKİFOĞLU