Modern.az

İki ayda 24 nəfəri ilan sancıb  

İki ayda 24 nəfəri ilan sancıb   

Aktual

8 İyun 2016, 11:49

“Aprel ayından mövsüm başlayıb. Həm ilan, əqrəb və qara qurd (hörümcək növü) sancmaları ilə bağlı müraciətlər il ərzində qeydə alınır.

 

Aprel və may aylarında 24 nəfər ilan sancmaları ilə bağlı müraciət edib. Onlardan 13 nəfəri qəbul olunub”.

 

Modern.az xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ilan sancmaları ilə bağlı qəbul edilən xəstələrdən 4-ü ağır olub.

 

“2 nəfər əqrəb, 2 nəfər isə qara qurd sancmaları ilə bağlı müraciət edib. Onlara lazımi tibbi yardım göstərildikdn sonra ev buraxılıb”.

 

Şöbə müdiri qeyd edib ki, ilan sancmaları ilə bağlı müraciətlər ən çox Bakı ətrafı qəsəbə və kəndlərdən, xüsusilə daş karxanalarında işləyən fəhlələrdən olur.

“Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, cənub rayonları, Aran rayonları, Bərdə, Yevlaxdan ilan sancmaları ilə bağlı müraciətlər olub.

 

Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayeva bildirib ki, ilin əvvəlindən 1 saylı Klinik Tibbi Mərkəzinin böyüklər üzrə yoluxucu xəstəliklər şöbəsinə 64 nəfər müraiət edib. Onlardan 30-35 nəfəri yüngül gedişli olub, birinci 24 saat ərzində müvafiq xidmət alıb evə göndərilib. Qalanları isə orta gedişli olub”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı