“Banka borcu olduğu üçün krediti verə bilməyən şəxslərin sirkə turşusu içərək özlərini zəhərləməyə çalışdığı faktları ilə də qarşılaşırırıq.Fevralda ayında 6 belə fakt qeydə alınıb ki, onlardan 2 nəfəri ölüb”.
Modern.az xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
O qeyd edib ki, mart ayında banka borcu olduğu üçün sirkə turşusu içərək özünü zəhərləyən 8 nəfər olub.
“Aprel və may aylarında isə belə xəstəxanaya müraciət edən xəstələrin sayı azalıb. İki ayda cəmi 4 nəfər banka borcu olan sirkə turşusu içərək özünü zəhərləyib”.
Qafar Ağayev