Modern.az

Şamaxıda qardaşını və onun arvadını güllələyən tutuldu

Şamaxıda qardaşını və onun arvadını güllələyən tutuldu

Aktual

8 İyun 2016, 13:58

İyunun 7-də Şamaxı şəhərində yaşayan Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Şamaxı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Şamaxı RPŞ və Qusar RPŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...