Modern.az

İlham Əliyevin Almaniya səfəri nəyi dəyişdi?

İlham Əliyevin Almaniya səfəri nəyi dəyişdi?

Aktual

8 İyun 2016, 15:44

Prezident İlham Əliyev Berlinə səfəri çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşdü.  edib.

 

Liderlər görüşdən sonra keçirdikləri mətbuat konfransında mühüm mesajlar verdilər.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında prezidentin Almaniya səfərinin yekunlarını şərh edib.

 

“İlham Əliyevin Almaniyaya səfəri iqtisadi münasibətlər sahəsində uğurlu keçdi. Bu səfər həm də lazımlı səfər idi. İlham Əliyevdən öncə, Sarkisyan da Almaniyaya səfər etmişdi. Amma Sarkisyan orada ağlayıb, zarıyıb yenə də məşəqqətlər çəkmiş, əzaba düçar olmuş erməni xalqından dəm vurmuşdu.

 

İlham Əliyev isə qətiyyətli surətdə sülh çağırışları ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Həmçinin, Ermənistan öz qoşunlarını ərazilərimizdən çəkməsə, bu işi axırında müharibə olacağını və Azərbaycan öz torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyini deməklə çox ciddi mesaj vermiş oldu”.

 

Ekspert Merkelin “Dağlıq Qarabağın həllinin açarı Rusiyanın əlindədir”  fikirlərinə də münasibət bildirib.

 

“Dağlıq Qarabağ məsələsində isə bir qədər fərqli düşünürəm. Çünki mətbuat konfransında Angela Merkelin “Dağlıq Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir” deməsi mənə qəribə gəldi. ATƏT-in sədri,  həm də Avropa Birliyinin lokomotivi olan bir ölkə kanslerinin Dağlıq Qarabağ kimi münaqişəli bir vəziyyətin sırf Rusiyaya aid olması haqqında bəyanat verməsi ya acizlikdən irəli gəlir, ya da məsuliyyətdən boyun qaçırmaq istəyindən.

 

Məsələn, Moldovadakı,  Gürcüstandakı münaqişlərə Almaniyanın mövqeyi daha prinsipialdır. İndiyə qədər Qarabağla bağlı verdiyi bəyanatlarda da kifayət qədər prinsipial mövqe sərgiləyib. İndi isə birdən-birə Rusiyanın bu məsələnin həllində yenidən inhisarçı mövqeyini vurğulaması zənnimcə, böyük dövlət kimi Almaniyanın imicinə xələl gətirir”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı