Modern.az

“CinemaPlus” yeni filmi dünyadan əvvəl nümayiş etdirdi

“CinemaPlus” yeni filmi dünyadan əvvəl nümayiş etdirdi

Güncel

8 İyun 2016, 14:30

Premium kinoteatr “CinemaPlus” ilk dəfə olaraq Azərbaycanda dünya premyerasından 3 gün öncə, ən çox gözlənilən “Yalan illuziyası 2” filminin premyera öncəsi qapalı nümayişini keçirib.

Premyerada kinoteatrın foyesi filmin üslubuna uyğun şəkildə - kartlar, pullar, sirli sandıqlar və seyflərlə bəzədilmişdi. Mərasimə dəvət olunmuş sehrbazfilmə gələn qonaqlar üçün şou nümayiş etdirib. Seansdan öncə isə tamaşaçılar arasında  müsabiqələr keçirilib və hədiyyələr təqdim olunub.

 

Gecənin qonaqları arasında şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olub. Nümayişdən öncə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə tədbir iştirakçılarına kinoteatrların fəaliyyətiningenişləndirilməsinin əsas istiqamətləri haqqında məlumat vermişdir.Onun sözlərinə görə, ilin sonunda “Azərbaycan” kinoteatrının yerində və Ganjlik Mall ticarət mərkəzində kinoteatrın yeni şəbəkələri açılacaq. Bu yay isə kino həvəskarları Bakının şəhərətrafında yerləşən "Amburan Mall"da üç zaldan ibarət kinoteatra da gələ biləcəklər.

 

Cinema Distribution şirkətinin baş direktoru Faiq Kazımov qeyd edib ki, şirkət hər zaman azərbaycanlı tamaşaçıları dünya kino tarixində ən yaxşı premyeralar ilə sevindirəcək və xoş surprizlər edəcək.

 

Nümayişin sponsorları Su idman sarayı, kosmetika istehsalçısı Gazelli Group, Nomination İtaliya brendi, Alman mebel və aksessuar brendi olan KARE Design və AVTO FM radiosu olub. Film  “CinemaDistribution” şirkəti tərəfindən təqdim edilib.

 

Xatırladaq ki, bu yaxınlarda Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Bu cinema “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. “CinemaPlus” 28 Mall,  Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı