Modern.az

Məhkəmələrin apardığı işlərin sayı artırılır

Məhkəmələrin apardığı işlərin sayı artırılır

Aktual

8 İyun 2016, 18:40

 

Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddənin əlavə edilməsi təklif olunur.

 

Yeni maddəyə əsasən, məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işləri siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək.

 

Dəyişiklik “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

 

Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişiklik Milli Məclisin iyunun 14-də  keçiriləcək növbədənkənar sessiyasının iclasına tövsiyə olunub. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır