Modern.az

Samuxda qardaş bacısını qətlə yetirib

Samuxda qardaş bacısını qətlə yetirib

Aktual

8 İyun 2016, 20:32

Samuxda qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. C. Həsənov isə polis tərəfindən saxlanılıb.

 

Məlumata görə, G. Həsənovanın bir övladı olub və o, həyat yoldaşından boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı