Modern.az

Daşqın Yardımlı yolunu bağlayıb

Daşqın Yardımlı yolunu bağlayıb

Aktual

8 İyun 2016, 23:11

Yardımlı rayonuna güclü dolu düşüb. Modern.az saytı xəbər verir ki, nəticədə fərdi evlərə xeyli ziyan dəyib, avtomobillərin damları əzilib.

Bundan əlavə, çaylarda güclü daşqınlar yaranıb. Selin gətirdiyi qaya parçaları Masallı-Yardımlı yolunu bağlayıb. Yolun bağlanması səbəbiylə iki rayon arasındakı əlaqə kəsilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosu ayın 10-a kimi ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağıyla bağlı xəbərdarlıq edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı