Moskva vilayətinin sakini olan qadın 28 yaşlı oğlunu qərəzli münasibətlər və tez-tez baş verən münaqişə zəminində öldürüb. Modern.az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsinin saytında məlumat verilib.
Kişinin xəbər-ətərsiz yoxa çıxması haqqında əlumat maret ayında Puşkin rayonunun sakinlərindən daxil olub. Hüquq-mühafizə orqanları itkin düşənin ölümündə onun anasının əli olduğu haqda operativ informasiya alıblar.
“Qadın dindirilmə zamanı etirafedici ifadə verərək cinayəti törətməkdə övladlığa götürdüyü 15 və 17 yaşlı oğlanlarının da iştirak etdiyini deyib”, - məlumatda vurğulanır.
Şübhəlinin sözlərinə görə, o, dogma oğlunu həmin iki nəfərlə Taldomski rayonu ərazisindəki bağ sahəsində öldürüb.
Qadın cinayəti törətməkdən ötrü silah kimi balta, çəkic və bıçaqdan istifadə edib. Öldürdükdən sonra mərhumun meyitini tonqalda yandırıblar.
Modern.az