Modern.az

İstanbuldakı partlayışı terrorçu qadın törədib

İstanbuldakı partlayışı terrorçu qadın törədib

Aktual

9 İyun 2016, 09:45

İyunun 7-də İstanbulda baş vermiş partlayışın terrorçu qadın tərəfindən törədilməsi bildirilir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti yazıb.

 

Qəzetin verdiyi məlumata görə, həmçinin həmin terror hadisəsini planlaşdırmış şəxslərin şəxsiyyəti də müəyyənləşdirilib. Lakin təhlükəsizlik səbəbindən onların adları hələ açıqlanmır.

 

Qeyd edək ki, iyunun 7-də səhər saatlarında İstanbulda baş vermiş partlayış zamanı 12 nəfər ölüb, 35 nəfər yaralaınb. Türkiyənin baş naziri Binəli Yıldırım bu partlayışın arxasında PKK terror təşkilatının durduğunu bəyan etmişdi.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı