Bu ilin mayın 15-i səhər saatlarında İran Kəşfiyyat Nazirliyinin (ETTEELAAT) Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən saxlanılan milli fəallarla bağlı xəbər var.
Bu barədə Modern.az saytına İrandakı soydaşlarımız məlumat verib.
Verilən məlumata görə, Qarabağ problemini Ərdəbil türklərinə izah etməyə çalışan milli fəallar Həmid Səqqəti, Babək Avənd, İsmayıl Əfxəmi, Həbib Sasaniyan(Yakamuz),Yunis Rəhimi və Mehdi Cavadzadə ETTELAAT-ın Ərdəbil şöbəsi tərəfindən tutularaq naməlum istiqamətə aparılıblar.
Bu gün isə azərbaycanlı milli fəal Həbib Sasaniyan (Yakamuz) öz ailəsi ilə qısa telefon əlaqəsinin yaradığı bildirilir.
Həbib ailəsinə rejimin Təbrizdəki ETTELAAT idarəsinə köçürülüb saxlanılmasını bildirib.
İsmayıl Əfxəmi isə Təbriz Mərkəzi zindanına köçürüldüb.
Qalan 4 milli fəal - Babək Avənd , Yunis Rəhiminin , Həmid Səqqəti, Mehdi Cavadzadədən isə hələ də heç bir xəbər yoxdur.
Ağa Akifoğlu