Dünya şöhrətli əfsanəvi boksçu Məhəmməd Əli ilə ikigünlük vida mərasimi bu gün onun doğma şəhəri olan Luisvilldə cənazə namazının qılınması ilə başlayacaq.
Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, Məhəmməd Əlinin doğulduğu və böyüyüb başa çatdığı ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhəri, “Məhəmməd Əli” mərkəzi tarixindəki ən mühüm hadisələrdən birinə hazırlaşır.
Məşhur idmançı üçün yaradılmış guşələrə sevənləri çiçək və sevgilərini izah edən mesajlar qoyur.
Məhəmməd Əlinin 1960-ci ildə ilk professional döyüşünü etdiyi e "Freedom Hall"-da qılınacaq cənazə namazında 15 minə yaxın müsəlmanın iştirakı gözlənilir.
İkinci vida mərasimi sabah Məhəmməd Əlinin ABŞ cəmiyyətinin müxtəlif təbəqələrindən olan pərəstişkarlarının iştirakı ilə keçiriləcək.
Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Aktyorlar Uill Smit və Bill Kristal, eləcə də jurnalist Brayan Qambelin çıxış edəcəyi gözlənilir.
Əfsanəvi boksçu sabah 600 min əhalisi olan Luisvill şəhərində dəfn mərasimi yerli vaxtla saat 12:00-da başlayacaq və “Cave Hill” qəbiristanlığında torpağa tapşırılacaq.
Mərasimlər imam Zeyd Şakirin rəhbərliyi altında keçiriləcək.
Bu mərasimə digər dinlərdən nümayəndələr ilə fərqli cəmiyyət təbəqələrindən olan Məhəmməd Əlini sevənlərin iştirakı gözlənilir.
Boksçunun pərəstişkarları idmançının doğulduğu və böyüdüyü evi ziyarət etməkdə davam edir.
Ağa AKİFOĞLU