Modern.az

Əli Əliyev: “Haqqımda o cür xəbərlər yaymaq tərbiyəsizlikdir”

Əli Əliyev: “Haqqımda o cür xəbərlər yaymaq tərbiyəsizlikdir”

Aktual

9 İyun 2016, 14:52

“Deputatlığa namizədliyim zamanı müəllimi olduğum Tibb Universitetinin bir neçə tələbəsindən şəxsi məqsədlərim üçün istifadə etmək, yaxud hansısa tələblərin qiymətlərini kəsmək formasında yayılan məlumatlar tamamilə şayiə, uydurma və şərdir”.

Bunu Modern.az saytına açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müəllimi olduğu Tibb Universitetinin tələbəsinin onun haqqında səsləndirdiyi və yaydığı ittihamlaracavab verərkən söyləyib.

Partiya sədri bildirib ki, o, həmin məlumatları yayan tələbəni yaxşı tanıyır və ona layiq oduğundan da artıq qiymətlər yazıb:

“Mən bu cür yalan məlumatları yayan həmin o tələbəni çox gözəl tanıyıram. Həmin tələbəyə onun layiq olduğundan da artıq qiymət yazmışam. Sadəcə olaraq, həmin tələbə atasına yaxın olan sayt, yaxud saytlardan istifadə edərək, mənim haqqımda bu cür şər, böhtan və yalan dolu məlumatları yayaraq ictimailəşdirir. Bu, ən böyük tərbiyəsizlik və mədəniyyətsizlikdir”.

Xatırladaq ki, bir müddət əvvəl VİP sədri Əli Əliyevin namizədliyini irəli sürdüyü parlament seçkiləri zamanı bəzi tələbələrdən sui-istifadə etdiyi və onun verdiyi göstərişlərə əməl etməyənlərin qiymətlərini kəsdiyi, imtahanlarda şəxsi qərəzlik nümayiş etdirməsi haqqında ittihamlar səsləndirilib.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı