Modern.az

Bakı Dəniz Limanının işçisi özünü niyə yandırdı? - AÇIQLAMA

Bakı Dəniz Limanının işçisi özünü niyə yandırdı? - AÇIQLAMA

Aktual

9 İyun 2016, 16:26

Bakının Nəsimi rayonu ərazisində Bakı Beynəlxalq Dəniz Limanının işçisi Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir

“57 yaşlı Fəxrəddin Səmədov 3-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya daxil olub.  Hazırda palatada yerləşdirilib”.

Ş.Məmmədov xəstənin həyati təhlükəsi olmadığını qeyd edib:

“Hələlik vəziyyəti orta-ağırdır, anlaqlıdır. Özünün bildirdiyinə görə əlində benzin şüşəsi ola-ola siqaret yandırıb. Siqareti ağzına aparanda alovlanıb. Burada onun öz məsuliyyətsizliyi olub”.

Hadisə barədə ilk məlumatı lent.az yayıb.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı