Modern.az

“Sevilya”nın baş məşqçisi PSJ-yə gedir

“Sevilya”nın baş məşqçisi PSJ-yə gedir

Aktual

2 İyun 2016, 18:05

Avropa Liqasının qalibi olan İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Unai Emeri Fransanın PSJ  komandasına rəhbərlik edəcək. Modern.az xarici mediaya istinadən bildirir ki, 3 illik müqavilə imzalayacaq 44 yaşlı ispaniyalı mütəxəssisin illik qazancı ildə 5 milyon avro olacaq.

Paris klubu ilə danışıqlarda Emerini Kriştianu Ronaldu və Joze Maurinyonun agenti Jorje Mendeş təmsil edir.

PSJ-nin rəhbərliyi baş məşqçi Loran Blanla ayrılmaq qərarını Çempionlar Liqasının dördəbir final mərhələsində “Mançester Siti”yə iki oyunun nəticəsinə görə məğlub olandan sonra verib. PSJ müqavilənin vaxtından əvvəl dayandırılmasına görə Blana 15 milyon avronu kompensasiya kimi ödəyəcək.

“Sevilya” Emerinin rəhbərliyi ilə bu il üçüncü dəfə dalbadal Avropa Liqasının qalibi olub. O, əvvəllər İspaniyanın “Valensiya” və Moskvanın “Spartak” klublarının da baş məşqçisi işləyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı