Modern.az

Ürəyi gedən qocanı yerə atan avtobus sürücüsü cəzalandırılacaq

Ürəyi gedən qocanı yerə atan avtobus sürücüsü cəzalandırılacaq

Актуально

10 İyun 2016, 13:56

Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsan qəsəbəsi – “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən 10 TG 439 dövlət seriya nişanlı 132 saylı marşrut avtobusunda xoşagəlməz hadisə-sürücünün halı pisləşən sərnişini “mən gecikirəm” deyərək avtobusdan düşürüləməsini tələb etməsilə ilə bağlı açıqlama verib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Modern.az saytına məsələyə dair araşdırma aparıldığını bildirib:

 

“Düşünürəm ki, məsələ ilə bağlı ictimai qınaq olmalıdır. Həmin avtobusda olan sərnişinlər də sürücünü məsul edə bilərdilər. Təəssüf ki, bizim sərnişinlər ictimai qınaq funksiyasını yerinə yetirmək istəmir.

 

Rəsmi dövlət qurumu olaraq bizim işimiz sərnişinlə deyil, sürücü ilədir. Tərəfimizdən həmin xətt üzrə hərəkət edən avtobus sürücüsü barədə sahibkara  məlumat verilib.

 

Sürücünün təqsiri sübuta yetirirlərsə (ürəklə bağlı problemi olduğu halda onu yerindən tərpətməsi, asfaltın üzərinə atması zamanı başının yerə dəyməsi), yəni, bilavasitə sürücünün iştirakı ilə sərnişində hər hansı problem yaşanarsa (sürətli idarəetmə, kondisionerin istifadə edilməməsi və s.) ona qarşı daha ağır cəza gözləyir. İstənilən halda sürücüyə sahibkar tərəfindən cəza verilməsi gözlənilir. Çünki, biz BNA olaraq həmin sahibkarın qarşısında məsələni qaldırdıq”.

 

N.Allahyarova hazırda sürücülərlə bağlı konsepsiya hazırlandığını deyib:

 

“Yarandığı gündən indiyə qədər təmsil etdiyim qurum tərəfindən sahibkarlara, daşıyıcılara ayrı-ayrı sürücülərlə bağlı şikayətləri bildirmişik. İndiyə qədər sırf  BNA-nin tələbi ilə 8 sürücü işdən çıxarılıb. Bu sürücünün işdən azad olması isə hələki gündəmdə deyil.

 

Sərnişinin halı pisləşib və sürücü vaxtı itirməmək baxımından səhlənkarlıq edib. Biz hazırda konsepsiya hazırlayırıq. Qanunvericilikdən gələn tələblər sürücünün qarşısına qoyulub, amma heç vaxt sürücünün psixoloji durumu, davranışındakı məsuliyyətin həddi müəyyən olunmayıb. Hazırlanan konsepsiyada sadalanan məsələlərin hamısı öz əksini tapacaq”.

Qurum rəsmisi sahibkarlar tərəfindən sürücülərə vaxt limitinin qoyulması məsələsinə də aydınlıq gətirib:

“Sahibkar sürücüyə vaxt qoya bilər. Amma sürücü də öz məsuliyyətini dərk etməlidir ki, onu əməyə cəlb edirlərsə, qanunvericilikdə nəzərdə tutulanları yerinə yetirməlidir.

 

Sürücü öz təqsiri ucbatından, intervalı gecikir deyə, vaxtında çatacağını söz verib deyə, yolda tıxacdır və tez çatmaq istəyir deyə bütün bu məsələlərdən doğaraq sərnişinin həyatı üçün təhlükə yaradırsa, məsuliyyətə cəlb olunacaq. Əgər sahibkar etməsə belə, biz bu məsələni qaldıracağıq”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı