Modern.az

Türkiyədə dəhşətli QƏZALAR: 13 ölü, 11 yaralı

Türkiyədə dəhşətli QƏZALAR: 13 ölü, 11 yaralı

Aktual

10 İyun 2016, 14:42

Türkiyənin Konya və Ankara şəhələrlərində ağır yol qəzası baş verib.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ağır yol qəzası  Konyanın Ereğli rayonunda baş verib. Qəza yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində olub.

 

Yol qəzası nəticəsində 10 nəfər həyatını itirib və 4 nəfər xəsarət alıb. Hadisə Ereğli-Konya yolunun 17-ci kilometrliyində baş verib.

 

Mikroavtobusda olanların hamısının kişi olduğu bildirilir. Həmin şəxslər Fələstindən məmləkətləri Şanlıurfaya qayıdırmışlar.

 

Həmçinin bu gün Ankara şəhərinin Ayaş rayonunda yük avtomobili ilə məktəbliləri daşıyan avtobus toqquşub.

 

Nəticədə 3 şagird ölüb, 7 nəfər yaralanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı