Modern.az

Rəsul Quliyev Bakıya qayıdışının anonsunu verdi

Rəsul Quliyev Bakıya qayıdışının anonsunu verdi

Aktual

10 İyun 2016, 16:08

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin adı İnterpolun axtarış siyahısından çıxarılıb.

 

Eks-spiker Modern.az saytına açıqlamasında bildirib ki, onun uzunmüddətli yazışmaları və müraciətlərindən sonra İnterpol rəhbərliyi  düzgün qərar qəbul edib.

 

Rəsul Quliyev Azərbaycana geri dönmək ehtimalından da danışıb.

 

“Mən Azərbaycana gəlməyi heç zaman gündəlikdən çıxarmamışam”,-deyə o, bildirib. Parlamentin sabiq sədri bundan artıq  nəsə danışmağın artıq olduğunu vurğulayıb.

 

Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. O, həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.

 

Aqşin KƏRİMOV

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı