Modern.az

BDU-ya üç min il yaşı olan ağac bağışlandı

BDU-ya üç min il yaşı olan ağac bağışlandı

Aktual

10 İyun 2016, 17:02

“Baku Development Club”un vitse-prezidenti, “The-V” world təlimçilər akademiyasının üzvü və təlimçisi, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin məzunu Orxan Bayramov və klubun digər üzvləri Türkiyənin Karaman şəhərinin Ermenek qəsəbəsində Avropa  Birliyinin Erasmus proqramı  çərçivəsində "Bir insan qurtar, dünyanı qurtar" mövzusunda  təlimdə  və “Azərbaycan  gecəsi”ndə iştirak ediblər.
Gecədə Azərbaycan rəqsləri, musiqiləri, yeməkləri avropalılara təqdim edilib, video təqdimatlarla ölkəmizdə keçirilən beynəlxalq yarışlar və tədbirlərdən danışılıb. Tədbirin yekununda Ermenek bələdiyyə başqanı  Uğur Sözkesen Azərbaycan komandasına  üç  min il yaşı olan sədr ağacı hədiyyə edib. Hədiyyəni  Bakıya gətirən Orxan Bayramov “Baku Development Club” İdarə Heyətinin ümumi qərarına əsasən, ağacı vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetinə bağışlayıb. Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetini unutmadığına görə Orxan Bayramova təşəkkür edib. BDU ilə bağlı xoş xatirələrini bölüşən O.Bayramov, eyni zamanda təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, “Baku Development Club”  Avropanın 20-dən çox ölkəsi ilə  müqaviləsi olan, beynəlxalq tədbirlərdə azərbaycanlı gənclərin və iş adamlarının iştirakını təmin edən,  seminar və təlimlər keçirən şirkətdir.

 
Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı