Modern.az

NATO PA-da Dağlıq Qarabağ müzakirəsi

NATO PA-da Dağlıq Qarabağ müzakirəsi

Aktual

10 İyun 2016, 20:47

Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, seminarda problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq. Həmçinin Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı durum barədə məlumat verəcək.

Səfər iyunun 18-də başa çatacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı