Modern.az

Ər keçmiş arvadını bıçaqlayıb

Ər keçmiş arvadını bıçaqlayıb

Aktual

10 İyun 2016, 21:56

 

Suraxanıda həyat yoldaşını bıçaqlayan şəxs ifşa edilib. Müştərisi üçün peyk antenası quraşdıran ər keçmiş arvadının həmin ərazidən keçdiyini görəndə hisslərini cilovlaya bilməyib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, əlinə keçənlə qadının həyatına qəsd etməyə çalışıb. Onu bıçaqlayıb.

Bərdə rayonu Nazırlı kənd sakini Seymur Sultanov polisə zəng edərək  həyat yoldaşını bıçaqladığını bildirib. Hadisə yerinə yollanan polis əməkdaşı Seymurun həyat yoldaşı Cəmalə Soltanovanın xəstəxanaya aparıldığını öyəriniblər. Televizor ustası olan Seymurun  dediyinə inansaq, həyat yoldaşı ilə də onların evindəki televizoru təmir edən zaman tanış olub. 2000-ci ildə ailə quran cütlüyün 4 övladı var. Seymurun mütəmadi olaraq spirtli içki qəbul etməsi ailəsində problemlərə səbəb olub.

Ailənin böyük qızının xəstələnməsi Seymurla Cəmalənin barışmasına səbəb olsada, barışıq çox çəkməyib. 41 yaşlı Seymur Sultanovun mütəmadi olaraq araq içdiyindən Cəmalə 4 övladını götürərək onun yanından gedib. Bu hadisədən 4-5 gün sonra müştərisi üçün peyk antenası quraşdıran Seymur keçmiş arvadının həmin ərazidən keçdiyini görüb.  Bu vəziyyəti gördükdə isə, əsəblərini hakim ola bilməyib.

Həyat yoldaşını xəstəxanalıq edən Seymur Sultanov bağışlanmaq və ailəsi ilə barışmaq istədiyini deyir. O, istəyinə çata bilər. Amma həbsdən qayıtdıqan sonra...

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı