Modern.az

XİN Ermənistan polisinin Azərbaycan sərhədinə toplanmasını şərh etdi

XİN Ermənistan polisinin Azərbaycan sərhədinə toplanmasını şərh etdi

Aktual

31 Avqust 2018, 12:12

“Polisin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan ordusunda ciddi problemin olduğunu göstərir”.

Modern.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstəridir".

XİN rəsmisi bildirib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!