2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında dərin islahatlar ili kimi xarakterizə olunur.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, 2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır. S.Novruzovun sözlərinə görə, ən əsas islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları oldu:
“Bu islahatlar iqtisadiyyatın inkişafına böyük təkan verdi, Azərbaycan iqtisadiyyatında ÜDM artıb. Azərbaycanın investisiya cəlbedici olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb”.
Deputat vurğulayıb ki, ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə xüsusi uğurları olub.
S.Novruzov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Valaday, Aşqabad, Davos, Münhendə çıxışları, Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır.