Modern.az

Milli Məclisin komitəsi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

Milli Məclisin komitəsi

Aktual

10 Aprel 2020, 15:47

Milli Məclisin (MM) Sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə Mədəniyyət Nazirliyinin və "Kreativ Azərbaycan" portalının elan etdiyi "Evdə Qal, Evdə Yarat" aksiyasına dəstək verərək yaradıcılıq bacarığı və xüsusi istedadı olan gəncləri bu tədbirə qoşulmağa çağırır.

 

MM-dən Modern.az-a verilən xəbərə görə, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulub.

 

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, "Kreativ Azərbaycan" portalının "Facebook" səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitivə fokuslanaraq dəstək verirlər.

 

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq. 

 

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk! 

 

"Evdə Qal, Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: //creative.az/az/post/109

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV