Modern.az

250 aztəminatlı ailəyə yardım edildi - FOTO

 250 aztəminatlı ailəyə yardım edildi - FOTO

Aktual

10 Aprel 2020, 20:31

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Marneulidə aztəminatlı ailələrə yardım kampaniyasına qoşulub.

Bu barədə Modern.az-a mərkəzdən bildirilib.

Qeyd olunub ki, martın 23-dən Marneuli və Bolnisi rayonlarında qüvvədə olan ciddi karantin rejimi aztəminatlı və imkansız ailələrin sosial durumunu daha da çətinləşdirib. Buna görə də GAİM aztəminatlı ailələrə yardım kampaniyasına dəstək olub.

Mərkəz Marneulidə yaşayan 250 aztəminatlı ailə üçün ərzaq yardımı edib. Yardım bağlamaları imkansız ailələlərin ünvanlarına çatdırılması üçün Marneuli meriyasına təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV