Modern.az

Türkiyə səfirliyindən Ermənistana yardımla bağlı AÇIQLAMA

Türkiyə səfirliyindən Ermənistana yardımla bağlı AÇIQLAMA

Aktual

13 Aprel 2020, 14:30

Türkiyənin Azərbaycandakı səfirliyi qardaş ölkənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

 

Səfirlikdən Modern.az-a verilən məlumata görə, səslənən məlumatlar həqiqətə uyğun deyil.

 

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa, hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...