Modern.az

Bu cinayətə görə cəza yüngülləşdirilə bilər

Bu cinayətə görə cəza yüngülləşdirilə bilər

Aktual

13 Aprel 2020, 17:23

Kompüter məlumatlarını qanunsuz ələ keçirməyə görə cəza yüngülləşdirilə bilər. Buna görə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması təklif edilir.

 

Modern.az xəbər verir ki, Cinayət Məcəlləsinin 272.1- ci maddəsinə yəni, kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarının, o cümlədən bu cür kompüter məlumatlarının daşıyıcısı olan kompüter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması təklif edilir.

 

Qeyd edək ki, hazırda bu bəndin tələbinin pozulmasına görə, iki ilədək azadlıqdan məhrum etmə cəzası mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV