Modern.az

Sertifikasiyadan keçməyən şəxsləri işə götürənlər cəzalandırılacaq

Sertifikasiyadan keçməyən şəxsləri işə götürənlər cəzalandırılacaq

Aktual

14 Aprel 2020, 12:08

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cəzalar müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 215.4 maddə əlavə təklif edilir. Belə ki, həmin inzibati hüquq pozmalarına görə vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin 6000 manatdan 8000 manatadək cərimələnməsi nəzərdə tutulur.

 

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV