Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin kollektivi nümunəvi addım atıb.
Bu barədə Modern.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə yardım göndərilib.
Günəmuzd işləyən 30 ailə məktəb kollektivi tərəfindən ərzaq və müxtəlif gündəlik tələbat malları ilə təmin olunub.
Qeyd edək ki, yardım göstərilən ailələrin övladları 93 nömrəli tam orta məktəbin şagirdləridir. Seçim zamanı əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkən ailələrə üstünlük verilib.