Modern.az

Səudiyyə Ərəbistanında qalan azərbaycanlılar... - Səfir onların durumuna aydınlıq gətirdi

Səudiyyə Ərəbistanında qalan azərbaycanlılar... - Səfir onların durumuna aydınlıq gətirdi

Aktual

15 Aprel 2020, 09:44

“Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızın hazırki durumu normaldır. Hələlik gərginlik yoxdur. Səfirliyimizlə birlikdə azərbaycanlıların qoşulduğu şəbəkə yaradılıb. Daimi olaraq ünsiyyətdəyik. Həmçinin, burada fəaliyyət göstərən koordinatorlar vasitəsilə hər bir vətəndaşımızla daha rahat əlaqə qura bilirik”.

Bu fikirləri Modern.az-a Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev koronavirus pandemiyasının Səudiyyə Ərəbistanındakı vətəndaşlarımıza təsirindən danışarkən deyib.

Səfirin sözlərinə görə, hazırda təhsil alan azərbaycanlı tələbələr var ki, Səudiyyə Ərəbistanında qalıblar:

“Hazırda Məkkə və Mədinədə dini təhsil alan tələbələrimiz var. Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Hələ ki heç bir problem yoxdur. Koronavirus infeksiyasına yoluxma halları aşkarlanmayıb. Burada yaşayan hər bir azərbaycanlı səfir olaraq diqqətimdədir. Eyni zamanda, tələbə şəhərcikləri təhsil alan tələbələri hər bir şəraitlə təmin edib”.


Şahin Abdullayev azərbaycanlı soydaşlarımızın  sağlamlığının səfirlik üçün xüsusi əhəmiyyət kəsb etdiyini  də bildirib:


“Son bir neçə günün statistikasına nəzər salanda Səudiyyə Ərəbistanında koronavirusa yoluxmada artım müşahidə olunur. Səudiyyə Ərəbistanı hökuməti vətəndaşlar üçün bəzi tədbirlər həyata keçirir. Burada yaşayan azərbaycanlıların çoxu kontrakt əsasında yüksək yerlərdə çalışırlar. Hər bir soydaşımızın sağlamlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, hər birimiz qoyulan qaydalara riayət etməliyik. Belə olan təqdirdə pandemiyanın yayılmasının qarşısı tezliklə alınacaq”.

Səfir Azərbaycan hökumətinin vətəndaşlarına göstərdiyi diqqəti də şərh edib:

“Bu cür hallarda vətəndaşlarımızı xarici ölkədən çıxarmaq Azərbaycan hökumətinin diqqətində olan məsələdir. Hətta Azərbaycan hökuməti digər ölkələrə nisbətən daha sürətli addım ataraq vətəndaşlarının ölkəyə qayıtmasını təmin edib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV