Modern.az

Xorvatiyadakı azərbaycanlılardan virusa yoluxan var? - Səfirdən AÇIQLAMA

Xorvatiyadakı azərbaycanlılardan virusa yoluxan var? - Səfirdən AÇIQLAMA

Aktual

16 Aprel 2020, 12:53

"Səfirlikdə qeydiyyatdan keçmiş vətəndaşlarımızla əlaqə saxlayır, istənilən məsələ barədə məlumat alırıq. Vətəndaşlarımızın ümumi vəziyyəti normaldır, koronavirus infeksiyasına yoluxan yoxdur".

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov bu ölkədəki soydaşlarımızın durumu barədə danışarkən deyib.

Fəxrəddin Qurbanov yalnız bir tələbənin orada olduğunu söyləyib: "Xorvatiyada qeydiyyatdan keçmiş bir azərbaycanlı tələbə var. Tələbə yataqxanasında qalır. Onunla mütəmadi olaraq əlaqə saxlayırıq. Hələ ki, səhhətində hər şey qaydasındadır".


Səfir koronavirusun dünya ölkələrində yayıldığı bir vaxtda Xorvatiyada zəlzələ kabusunun yaşayandığını da xatırladıb:

"Bu ilin 22 mart tarixində Xorvatiyanın Zaqreb şəhərində son 140 il ərzində baş vermiş ən güclü zəlzələ (5.3 bal gücündə) bir çox dağıntılara səbəb olub. Ümumilikdə 26 mindən çox binaya ziyan dəyib. Əsasən şəhərin tarixi mərkəzi, o cümlədən Zaqreb Katedralı və ölkənin Parlamentinin yerləşdiyi binalarda əsaslı təmirə ehtiyac var. Hazırda parlament öz işini digər binada aparmağa məcbur olub. Digər tərəfdən də koronavirus Xorvatiya dövlətinə ikinci böyük problem yaşatmaqdadır. Ümid edirik ki, tezliklə Azərbaycan dövləti də daxil olmaqla, dünya bu pandemiyadan qurtulacaq".

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV