Modern.az

Siyavuş Novruzov: “...Seçki Məcəlləsindən çıxarılmalıdır!”

Siyavuş Novruzov: “...Seçki Məcəlləsindən çıxarılmalıdır!”

Aktual

17 Aprel 2020, 11:45

“Bələdiyyələrdə yuxarı qurum yoxdur. Onlar seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərirlər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib: “Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir”.

Komitə sədri “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsini vacib sayıb: “Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir