Modern.az

Ombudsman Azərbaycan həbsxanalarındakı bu problemdən NARAZIDIR

Ombudsman Azərbaycan həbsxanalarındakı bu problemdən NARAZIDIR

Aktual

18 Aprel 2020, 17:40

Azərbaycanda penitensiar müəssisələrə başçəkmələr zamanı nöqsanlar aşkarlanıb. Modern.az-ın məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2019-cu il üzrə məruzəsində bildirilib.

Qeyd olunur ki, penitensiar müəssisələrdə əlilliyi və psixi problemləri olan təqsirləndirilən şəxslərə, məhkumlara münasibətdə tibbi xidmətin, yanaşmaların münasib olmadığı üzə çıxıb.

Belə ki, ruhi xəstəliklərdən əziyyət çəkən, və ya cəza çəkdiyi dövrdə psixi sağlamlığında ciddi dəyişiklik baş vermiş şəxslər əsasən qapalı kamera şəraitində saxlanılırlar. Ombudsmanın illik məruzəsində qeyd olunur ki, bu şərait həm onların vəziyyətlərinin ağırlaşması, həm də hüquqpozma və müəssisələrin işinə maneə hallarının yaranması ilə nəticələnir.

İllik məruzədə tövsiyə olunur ki, bu qəbildən olan şəxslərin cəzaçəkmə müəssisələrində deyil, ixtisaslaşdırılmış psixiatriya müəssisələrinə yerləşdirilməsi zəruridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir