“Toponomiya komissiyasının yaxın vaxtlarda toplaşması gözlənilmir”.
Bunu Modern.az-a Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib.
Sədrin sözlərinə görə, komissiyanın toplaşması üçün Milli Məclisə materiallar daxil olmayıb:
“Adətən rayonlardan toplanan materiallar Prezident Administrasiyasına təqdim olunur, orada baxılandan sonra Milli Məclisə göndərilir. Hazırda materiallar komissiyada baxılması üçün Milli Məclisə daxil olmayıb”.