Modern.az

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

Aktual

21 Aprel 2020, 13:35

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin növbəti iclası (onlaynsız) öz işinə başlayıb.

 

Modern.az-ın məlumatına görə, iclasa komitənin sədri Zahid Oruc sədrlik edir.

 

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Ombudsman Aparatının əməkdaşları da iştirak edirlər.

 

İclasda yeni Ombudsman Səbinə Əliyevanın illik hesabat məruzəsi dinləniləcək.

 

Hesabat məruzəsi dinlənildikdən sonra onun ətrafında müzakirələr aparılacaq, irad və təkliflər bildiriləcək və sonda sənəd MM-in ayın 24-ə təyin olunan iclasının gündəliyinə tövsiyə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır