15.04-21.04.2020-ci il tarixlərində Niderlandda keçirilməsi planlaşdırılan 9-cu Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Covid 19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Bu ilki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird öz bilik və bacarıqlarını sınayıb.
Komandamız ümumilikdə 48 bal toplayaraq Avropa Ölkələri üzrə 39 komanda arasında 22-ci, bütün iştirakçı ölkələr arasında 53 ölkədən 29-cu yerdə qərarlaşıb.
Ümumi nəticələr ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
//www.egmo.org/registration/2020/person?%40template=scoreboard