Modern.az

Ramazan ayında məscidlərdən azan səslənəcək? - QMİ-dən AÇIQLAMA

Ramazan ayında məscidlərdən azan səslənəcək? - QMİ-dən AÇIQLAMA

Aktual

22 Aprel 2020, 11:41

“Koronavirus pandemiyası dövründə məscidlərdə azanın verilməsi ilə bağlı heç bir qadağa yoxdur”.

Bu fikirləri Modern.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.

 

QMİ rəsmisi bildirib ki, Ramazan ayının başlanması ilə əlaqədar da məscidlərdə azan veriləcək:

 

“Məscidlərimizdə azan dünən də verilib, bu gün də verilir, sabah da veriləcək. Azanla bağlı qadağa yoxdur”.

 

Qeyd edək ki, ölkəmizdə Ramazan ayı aprelin 25-dən başlayır.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

İddialara görə koronavirus pandemiyası səbəbindən məscidlərdə azan verilməsinə  qadağa qoyulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada