“Hacı Əbdül dünyasını dəyişəndən sonra “İmam Hüseyn” məscidinə müavini rəhbərlik edir”.
Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib. QMİ rəsmisi məscidə bundan sonra kimin rəhbərlik edəcəyinə də aydınlıq gətirib:
“Hələ ki, mövcud vəziyyətdə Hacı Əbdülün məsciddəki funksiyalarını müavini icra edir. Karantin müddəti bitəndən sonra bu məsələyə baxılacaq. Məscidə rəhbərin təyin edilməsi yalnız Şeyxülislam həzrətlərinin göstərişi əsasında ola bilər”.
Qeyd edək ki, “Tövbə” Cəmiyyətinin sədri, “İmam Hüseyn” məscidinin axundu Hacı Əbdül bu ilin 6 aprelində 79 yaşında vəfat edib.