Modern.az

“Məmmmədyarov erməni naziri yerində otuzdurmalıdır” - Fəzail Ağamalı

“Məmmmədyarov erməni naziri yerində otuzdurmalıdır” - Fəzail Ağamalı

Aktual

24 Aprel 2020, 17:50

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Xarici İşlər naziri Elmar Məmmədyarovu tənqid edən deputatlara irad bildirib.

 

Modern.az-ın məlumatına görə, deputat deyib ki, xarici işlər naziri özbaşına çıxış etmir.

 

“Xarici işlər naziri dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik”, - deyə deputat əlavə edib.

 

H.Hüseynovanın sözlərinə görə, bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır (H.Hüseynova deputat Tahir Kərimlini nəzərdə tutur - red.).

 

Deputat Fəzail Ağamalı isə bildirib ki, Azərbaycanın xarici işlər naziri ilə Ermənistanın xarici işlər nazirini müqayisə etmək olmaz.

 

Deputat Azərbaycanın xarici işlər nazirinin qorxaq fikirlərini tənqid edənlərdən biri olduğunu bildirib:

 

“Azərbaycanın xarici işlər naziri Dağlıq Qarabağ məsələsində daha cəsarətli çıxışlar etməlidir. Radikal çıxışları ilə Ermənistanın xarici işlər nazirini yerində otuzdurmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...