Modern.az

Deputatlarımız  NATO Parlament Assambleyasının iclasına qatıla bilməyəcək

Deputatlarımız  NATO Parlament Assambleyasının iclasına qatıla bilməyəcək

Aktual

26 Aprel 2020, 10:45

“NATO Parlament Assambleyasının yaz sessiyası bu ilin 22-25 may tarixlərində Ukraynada keçirilməli idi. Sadəcə olaraq COVİD-19 pandemiyası səbəbindən  iclasa qatılmağımız mümkün olmayacaq. Çünki sessiya təxirə salınıb”.

 

Bu fikirləri Modern.az-a Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı deyib.

 

Məlahət İbrahimqızı bir çox tədbirlərin onlayn keçirildiyini bildirib:

 

“Ümumiyyətlə, pandemiya səbəbindən beynəlxalq təşkilatların əksəriyyəti bir növ fəaliyyətini dayandırıb. Buna baxmayaraq rəhbər heyətləri bir-birilə onlayn rejimdə əlaqə saxlayır. Hələlik bütün sessiyalar, komitə iclasları qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Güman ki, payızda koronavirus pandemiyasının gedişatına baxılacaq. O zaman konkret nəsə söyləmək olar”.

 

Qeyd edək ki, NATO PA-nın yaz sessiyası mayın 22-25-də Kiyev şəhərində keçirilməli idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada