Birləşmiş Ərəb Əmirliklərində yeni koronavirus infeksiyasına 532 yoluxma faktı qeydə alınıb və ölkədə infeksiyanın ümumi sayının 9813-ə çatıb. Ümumilikdə aprelin 25-nə 1887 nəfərin virusdan sağaldığı, ölü sayı isə 71 nəfər olduğu bildirilib.
Bu barədə Modern.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, virusun yayıldığı gündən ölkədə bir miliondan artıq test edilib. BƏƏ humanitar yardımını və COVID-19 ilə mübarizə səylərini davam etdirir. BƏƏ Əmirliklər Qızıl Aypara vasitəsi ilə Ramazan bayramı münasibətilə Yəmən Hadhramaut Qubernatorluğunun sakinlərinə 4000 ərzaq bağlaması təqdim edib BƏƏ, fiziki şəxslərə və müəssisələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaqla dükanlar və restoranları açmaq, komendant saatını qısaltmaq və ev təsərrüfatları arasında məhdud hərəkətə icazə verib.
Yeni qaydalara əsasən mərkəzlər və restoranlar azaldılmış gücdə fəaliyyət göstərə bilər. BƏƏ hökumət nümayəndəsi, qərarın ictimaiyyətin sosial uzaqlaşmanı qəbul etməsinə cavab olaraq verildiyini və vəziyyətin dəyişdikcə qiymətləndiriləcəyini söyləyib. Həmçinin, Əbu-Dabidə 48 saat ərzində COVID-19 xəstələrini idarə etmək üçün yeni bir xəstəxana inşa edilib. 127 xəstəni qəbul edə bilər və ölkə daxilində yeni sahə xəstəxanalarının ən yenisidir. BƏƏ Abu Dabi İşçilər Komitəsi, özəl sektor işçilərinin hüquqlarını qorumaq və işəgötürənlərin, COVID-19 pandemiyasına görə BƏƏ-nin əmək qanunvericiliyinə uyğunluğunu təmin etmək üçün yaradılıb.
Etihad, may ayının 16-dan etibarən müntəzəm sərnişin reyslərini bərpa edəcəyini, xüsusi repatriasiya reyslərini o zamana qədər davam etdirəcəyini açıqlayıb. BƏƏ süni intellekt modelləşdirməsindən istifadə edərək, Əbu-Dabidə olan koronavirus infeksiyası səviyyəsinin təsirli tədbirlər sayəsində yaxın altı həftə ərzində sürətlənməyəcəyini göstərir. Abu Dabidə bir cütlük BƏƏ-dən uzaq bir evlilik xidməti təqdim edildikdən sonra Zoom-da evlənən ilk cütlük oldu.