Modern.az

Kamal Cəfərov AŞPA-da nümayəndə heyəti rəhbərinin müavini seçilib

Kamal Cəfərov AŞPA-da nümayəndə heyəti rəhbərinin müavini seçilib

Aktual

28 Aprel 2020, 17:45

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibinin ilk iclası keçirilib.

 

Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Modern.az-a məlumat verib. Deputat bildirib ki, nümayəndə heyətinin kollegial qərarı ilə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini seçilib:

 

"Bu mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq. Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq".

 

Kamal Cəfərov qarşıda vacib bir fəaliyyətin gözlədiyini də qeyd edib:

 

"Ona görə də nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli, bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm".

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada