Modern.az

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirildi

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirildi

Aktual

30 Aprel 2020, 10:30

Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin saytında məlumat yerləşdirilib.

 

Belə ki, iclasın gündəliyinə əvvəl 26 məsələnin müzakirəsi daxil edilmişdisə, hazırda 27 məsələ daxildir.

 

"Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələyə mayın 1-i keçiriləcək plenar iclasda baxılacaq.

 

Həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinləniləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?