Modern.az

Rəsmi Bakıdan BMT Baş Katibinə ETİRAZ

Rəsmi Bakıdan BMT Baş Katibinə ETİRAZ

Aktual

30 Aprel 2020, 14:36

BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib.  

 

Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin daha 2 "sənəd"i yayımlanıb. Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin yaydığı həmin "sənədlər"dən biri (//undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir.   İkinci “sənəd”də isə (//undocs.org/ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün “qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı Modern.az-a danışıb.

 

XİN sözçüsü bildirib ki, sözügedən “sənəd”lərlə bağlı Azərbaycanın BMT yanında  nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktublar ünvanlayıb:

“Hər iki məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədləri kimi yayımlanıb və dərc olunub. O sənədlərlə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarından da tanış ola bilərsiniz. Orada hər bir məsələ ilə bağlı Azərbaycan Respublikasının mövqeyi ifadə olunub. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər,  beynəlxalq ictimaiyyətin mövqeyi, ilk növbədə isə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri və onların tələbləri bu sənədlərdə öz əksini tapıb. Ermənistanın işğalçı siyasəti ifşa olunub”.

 

Leyla Abdullayeva bunun həm hüquqi, həm də beynəlxalq ictimaiyyətin sərgilədiyi mövqe baxımından ifadə olunduğunu qeyd edib:

 

“Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin Ermənistanın işğalçı siyasətinin nəticəsi olduğu bir daha xatırladılıb. Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması və oradan məcburi köçkün  düşmüş insanlarımızın geri qayıtması tələbi bir daha xatırladılaraq BMT rəhbərliyinin diqqətinə çatdırılıb. Bu sənədlər də BMT-nin sənədləri kimi dərc olunub”.

 

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada