Modern.az

Yol polisinin yazdığı cərimələrin 7 faizi büdcəyə köçürüləcək

Yol polisinin yazdığı cərimələrin 7 faizi büdcəyə köçürüləcək

Aktual

1 May 2020, 15:27

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Belə ki, təkilf edilən dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

 

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada