Modern.az

Əcnəbilər Azərbaycanda bu hallarda da müvəqqəti yaşayacaqlar - QANUN

Əcnəbilər Azərbaycanda bu hallarda da müvəqqəti yaşayacaqlar - QANUN

Aktual

1 May 2020, 15:31

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə "və ümumtəhsil" sözü ", habelə "peşə təhsili və ümumi təhsil" sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda” sözləri göstərilir.

Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.

 

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

***

 

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib.

 

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulacaq.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada