Modern.az

“Nazirlərin bəzisi elə dildə danışır ki, heç erməni o dildə danışmır” - Aqil Abbas

“Nazirlərin bəzisi elə dildə danışır ki, heç erməni o dildə danışmır” - Aqil Abbas

Aktual

1 May 2020, 16:55

“Nazirlərin bəzisi elə dildə danışır ki, heç erməni o dildə danışmır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

 

Deputat dilin qorunması ilə bağlı cərimələrin saxlanılmasının tərəfdarı olduğunu bildirib:

 

“Cərimələr tətbiq olunsa, gərək nazirlər bütün maaşlarını versinlər. Bu gün millətimizə ad tapa bilmirik. Bilmirik türkük ya azərbaycanlı. Qaldı ki, dil məsələsinə, bunun üçün bizə alimlər lazımdır. Onlar bu məsələni həll etməlidirlər. Mən çıxışımda hansıasa səhvə yol verə bilərəm, amma mətbuatda yazdığım səhvə görə cəzalandırılmalıyam. O baxımdan cəzaların qalmasının tərəfdarıyam”.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada